Psixososial konsultasiya xidmətimizin 8 aylıq icmalı (Dekabr 2020-İyul 2021)




Bu 8 ay ərzində ümumi müraciətçi sayı 116 nəfər olmuşdur. Müraciətçilərin 86-sı (74.1%) ilə psixoloji, sosial və hüquqi istiqamətlərdə işlənmiş, digər 30 (25,9%) müraciətçi hədəf qrupuna aid olmadığından, kənar mütəxxəsislərə və təşkilatlara birbaşa yönləndirilmişdir.



İşlənilən keyslər (86) "Açıq Keyslər" və "Qapalı Keyslər" olaraq iki hissəyə ayrılır. Hal-hazırda aktiv şəkildə dəstək olduğumuz benefisarların sayı 48 (55.8%), fərdi inkişaf planındakı fəaliyyətləri tamamlanmış benefisiarların sayı isə 38 (44.2%)-dir.


Psixoloji konsultasiya prosesi özündə psixoloji, sosial, hüquqi dəstək və icma görüşlərini birləşdirir.

- Həm mərkəzdə ilkin psixoloji konsultasiyalar həyata keçirilib, həm də 6 kənar psixoloqa yönləndirmələr olunub.

- Sosial işçilərin dəstəyi ilə həm fiziki sağlamlıq, işsizlik, sosiallaşma, bacarıqların artırılması ətrafında fərdi inkişaf planları hazırlanıb həyata keçirilib.

- 6 hüquqşünasa yönləndirmə, hüquqi konsultasiya və vəkillik dəstəyi aparılıb.

- Hüquqi maarifləndirmə, layihələrin yazılması və idarəolunması, İİV/QİÇS və digər mövzularda icma görüşləri həyata keçirilib.


Üzərində işlədiyimiz əsas mövzular:

Məişət zorakılığı, Kominq out, Psixoloji narahatlıqlar, İİV-lə yaşamaq, İşsizlik, Partnyor tərəfindən təzyiq, Kimliklə bağlı narahatlıqlar və suallar, Cinsi sağlamlıqla bağlı suallar və s.


Müraciətçilərin yaş aralığı (15-46):

15-18 yaş (8.5%)

19-24 yaş (66%)

25-30 yaş (18.9%)

31-46 yaş (6.6%)


Müraciətçilərin əksər hissəsi (74%) bu proqramla bağlı məlumatı dost və ya bu xidmtədən yaralanmış şəxsdən almışdır. Bundan əlavə sosial media vasitəsi (20%) ilə və digər şəkillərdə (6%) müraciətçilərimizə əl çatan olmuşuq.

Psixososial destek-muraciet icmali
.pdf
Download PDF • 1.30MB

37 views