Patriarxal və heteronormativ İslamın LGBTQİ+ üzərindəki təsiri


Queerfob nitq səsləndirən və ya queerfob akt göstərən insanların etdiklərini dini görüşləriylə

bağlaşdırdıqlarının dəfələrlə şahidi olmuşam. Hazırda ölkəmizdə müsəlman insanların digər

dini görüşlərə sahib olan insanlara nisbətdə çoxluq təşkil etdiyini nəzərə alsaq, məncə , bu

yazıda əsasən İslamın ölkəmizdə queer fərdlərə təsirindən danışmağım başadüşülən olar.


Mən və İslam: iki köhnə dost


Əgər şəxsi baxış bucağımdan mövzuya daxil olsam, mən qəti müsəlman və ya dindar

olmayan, lakin dini görüşlərinin həyatlarına ciddi sirayət etdiyi bir ailədə doğulmuşam. Bu

əsasən doğulub, başa çatdığım ərazinin lokal mentalitetindən irəli gəlirdi. Hətta uşaq

yaşlarımdan İslamı və onun ehkamlarını sevirdim və ailəm oruc tutmayanda, namaz

qılmayanda belə mən bunları edirdim. Məktəbli olduğum dövrdə şəxsiyyətimdən ötəri

müxtəlif diskriminasiyalara, bullinqlərə məruz qalırdım və dualar ilə Allah mənim ən yaxın

dostlarıma çevrilmişdi. Mən periodik baş verən bu halları heç kəslə bölüşmür və Allahın

məni belə yaratdığını və kömək edəcəyini düşünürdüm . Lakin zaman keçdikcə məndəki "fərqlilik" və "anormallıq"ları dəyişməməsi, eyni zamanda insanların onun yazdıqları ilə

mənim üstümə gəlməsi, məndəki Allah sevgisini sorğulamağa səbəb yaratdı .

Yeniyetməliyimə təkamül edən bu dövrdə yeni - yeni özümü kəşf edirdim və bu zaman ilk dəfə Lüt qövmü adlanan ayə haqda eşitdim. Dindar bir ailənin övladı olan sinif yoldaşım mənim petux olduğumu və "Lüt qövmü"ndə petuxluğun haram olduğu haqda yazdığını, və nəticə etibarilə mənim cəhənnəmdə yanacağımı dedi (petux olduğumu hamıdan tez anlayacaq qədər irəli görüşlü idi...). Mən "Lüt qövmü" haqda araşdırma etdikdə bizə deyilənin əksinə qövmdə yalnız kuir insanlardan yazmadığının şahidi oldum. Burada insanların cəmiyyət

içində etik sayılmayacaq hərəkətlər etməsindən (məsələn: mədə qazının insan içində ifrazı) ,

yalnız bir tərəfin razılığı ilə edilən sekslərdən - zorlamalardan və s. danışır və bunların

İslamda haram olduğunu vurğulayır .


Islamın patriarxal tarixi


Düşünsək ki, İslam 7-ci əsrdə yaranıb,yəqin ki, o dövrdə queerlik nəzəriyyəsinin olmadığı

anlaşılan olar. Ümumilikdə baxsaq, bir nəzəriyyəni o birindən üstün edən nədir? Məncə ,

təsir etdiyi kütlədir. İslam daha köhnədir və kütləsi daha artıqdır və İslamın özü

özlüyündə bir imperiyadır. İmperiyaların isə ordusu olur. Ordunun artmağı üçün də

yeni canlara ehtiyac duyulur. Bunları düşündükdə İslamda bir erkəyin 1- dən çox dişi ilə evli olmasına icazə var ikən dişiyə icazə verilməməsi məntiqə uyğun gəlir . Çünki 1 erkək eyni

anda qısa aralıqlarla 1-dən çox dişiylə cinsi əlaqədə ola və dünyaya daha doğrusu İslam

ordusuna yeni canların gəlməyinə səbəb ola bilər, nəinki dişilər. Ancaq dişi ilə dişinin,

erkəklə erkəyin münasibəti dünyaya yeni uşaq gətirmir (ən azından keçmişdə). Bu da onlar

üçün arzulanan hal deyil .


Əksər insanlar düşünür ki, trans qadınlar və trans kişilər heterodur, ancaq bu hər zaman belə

deyil. Digər misalda isə insanlar gey və lezbiyan cütlüklərdə mütləq bir tərəfin daha maskulin

(toksik hetero münasibətlərin kişi obrazı) , digərinin isə daha feminin (qadın obrazı)

olduğunu düşünür. Hətta dəfələrlə bu cütlüklərə "hansınız kişisiniz?" və ya "hansınız

qadınsınız?" tipli suallar ünvanladığının şahidi olmuşam. Bunu çox gözəl izah edən bir şəkil

var idi : “1 çəngəl və bir qaşıq dayanıb, 2 pipetə: hansınız çəngəlsiniz?" deyirdi.


İslam özü isə ümumilikdə çox patriarxal yanaşır insanlara. Qadının kişidən aşağı olduğunu

bir çox ayələrdə vurğulayır və insanları bu düşüncəylə yaşamağa məcbur edir. Bu

səbəbdəndir ki, feminin erkəklər maskulin dişilərə nisbətdə cəmiyyətdə daha az qəbul görür. İnsanlar kişi olmağı üstünlük olaraq gördükləri üçün qadın (dişi) , kişi (erkək) kimi (toksik

və azəri mental düşüncəyə uyğun olaraq) davrandıqda onun sanki aşağıdan yuxarıya

qalxdığını düşünür. Buna yaxşı baxırlar və əksində isə daha pis baxılır. Mən özümdə də,

başqalarında da dəfələrlə sırf feminin davranışlara görə fobiyaya məruz qalma hallarını

görmüşəm. Ən çox işlətdikləri ifadə isə "kişi özünü kişi kimi aparar , qadın kimi yox . Kişi ol

!"-dur. Buradan da başa düşülür ki bu insanlar erkəklər dişilərdən üstündür düşüncəsiylə

yaşayırlar.


İslamın queer tarixi


Erkən orta əsrlərdə , islamın yaranmasından sonra , lap Məhəmməd peyğəmbərin dövründə

İslamın yarandığı ərəb cəmiyyətində "müxənnət" adlanan insanlar var idi. Müxənnətlərin

trans olduğu , feminin erkək və ya interseks insanlar olduğu düşünülür. Sonradan müxənnət

sözü gey icmanı alçaltmaq üçün istifadə edilmişdir. Dişi və erkəklərin otaqları ayrı idi və bir

- birlərinin cəmiyyətində olmağa icazə verilmirdi . Yalnız müxənnətlərə hər iki cəmiyyətdə

olma icazəsi verilirdi. Mən buradan belə başa düşürəm ki son dərəcə qısqanc və kişinin öz

qadınını qorumalı olduğu düşüncəsində olan bir cəmiyyət müxənnətləri hər iki otağa

qoyurdularsa , deməli "zərərsiz" (seksual baxımdan dişilərlə yata bilməyəcək , yatmayacaq

mənasında) olduqlarını düşünürdülər . Düşünürəm ki, erkəklər yəqin ki, müxənnətlərlə cinsi

əlaqədə də olurdular . Osmanlı dövlətində müxənnətə bənzər "oğlancıqlar" adlandırılan

insanların olduğu da tarixdə keçir . Osmanlı tarixini araşdıran bir türk tarixçi bunla bağlı

Osmanlıda oğlancıqlar adlandırlan adamların feminin erkəklər olduğunu, onların hətta kral

tərəfindən də sevildiyini yazır. Dediyinə görə əsir düşən insanlar arasından ən yaraşıqlılar

"oğlancıq" olması üçün padişah üçün götürülür və padişah onları yaxşı otaqlarda saxlayır ,

onlarla cinsi əlaqədər olurmuş. Hətta bir Osmanlı padişahının "yayda qadın bədəni daha

yaxşıdır, çünki daha sərindir , qışda isə oğlanların bədəni daha isti olduğu üçün daha

yaxşıdır" kimi bir yazısının olduğu tarixə məlumdur. Eyni zamanda bəzi Osmanlı

padişahlarının oğlancıqlara aşiq olduğunu , onlar üçün şeirlər yazdığını vurğulamaq istəyirəm

.


Başqa bir misalda orta əsrlərdə şairlər "tüksüzlər" adlandırdıqları gənc queer erkəklərə öz

sevgilərini şeirlə açıq - aydın bildirir , onları tərənnüm edirdilər . Həmin dövrdə isə

müstəmləkə ölkələrin daha fobik yerlər olduğu məlumdur . Məsələn, Böyük Britaniya 1860-

cı il cinayət məcəlləsinə əsasən "qeyri - natural" cinsi əlaqəni qadağan edir və ölüm cəzası

verirdi. Bu qaydanı həmçinin Hindistan və Pakistan kimi müstəmləkəsi olan ölkələrə də

tədbiq edirdi. 2018-ə qədər Hindistan bu qaydanı davam etdirmişdir . Burdan bu nəticəyə

gəlirəm ki deməli müsəlman cəmiyyətlər queerlərin varlığından xəbərdar idilər və öz

inancları uğrunda queerləri yox sayır , izolasiya etməyə çalışırdılar .



Queer inklüziv İslam


Bayaqdan əsasən İslamdan danışmış olmağım dediklərimin yalnız İslamda olduğu mənasına

gəlmir. Mən qeyd etmək istəyirəm ki hər hansı başqa dinin çoxluq təşkil etdiyi bir aləmdə


"oğolması üçün padişah üçün götürülür və padişah onları yaxşı otaqlarda saxlayır ,

fərqli düşüncələrlə ola bilər , lakin demək olar ki bütün dinlər öz ordularının - kütlənin sayını

artırmaq və gücü maskulinlikdə saxlamaq üçün biz queerləri izolasiya edirlər. Din və

queerlərin tamamilə əks mövqedə dayandığını düşünmürəm və ətrafımda da yetəri qədər

səmavi dini inancı olan queer tanışlarım var. Hər nə qədər bunun da bir izolasiya , seçki

olduğunu düşünsəm də Kanada Torontada "Toronto Birlik Məscidi" adlanan və queer fərdin

yaradıcı olduğu birlik məscidinin, Pakistanda trans qadınlar üçün açılmış məscidlərin,

xristian queerlərin nigahlarını qıyan kahinlərin olmasına və s. öz dini inanclarını istədikləri

kimi yerinə yetirə bilirlər düşüncəsiylə onların adına sevinirəm. Son olaraq ümid edirəm ki, bizim heç kəsə mən queerəm və sən öz dini inancından keç demədiyimiz kimi, onlar da bizə

öz dini inanclarına əsaslanaraq fobiya göstərməkdən əl çəkərlər .




Müəllif: Dəniz Miray



Bu məqalə, Gender Resurs Mərkəzinin təşkil etdiyi "Yazı Bacarıqlarının Artırılması" proqramı çərçivəsində Ramil Zamanovun mentorluğu ilə ərsəyə gəlmişdir.

25 views